FİFA 3 rus futbolçunu diskvalifikasiya etdi

FİFA 3 rus futbolçunu diskvalifikasiya etdi
Beynəlxalq Futbol Federasiyası (FIFA) üç rusiyalı futbolçunun  - İvan Knyazev, Daria Meşeryakova və Vladimir Obuxovun yarışlarda iştrakına qadağa qoyub.
Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, dopinq testləri hələ 2013-cü ildə aparılıb və Moskva laboratoriyasında müayinə edildikdən sonra əvvəlcə mənfi kimi qeyd olunub. 
FİFA və Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən aparılan birgə araşdırma zamanı rusiyalı idmançılar tərəfindən qadağan olunmuş maddələrdən istifadə faktları müəyyənləşdirilib. 
Meşeryakova və Knyazev 2 il, dopinq istifadəsini etiraf edən və istintaqa kömək edən Obuxov isə 6 ay müddətinə bütün rəsmi yarışlardan kənarlaşdırılıb.
Qeyd edək ki, Obuxov 2013-cü ildə Rusiyanın gənclərdən ibarət yığmasının heyətində olarkən dopinq testindən keçmişdi.
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər