“Fənərbaxça”nın futbolçusu Mirkamil Həşimli Azərbaycanda avtomobil qəzasına düşüb. Fanat.az xəbər verir ki, yay tətili üçün vətənə gələn U-19 milli komandamızın üzvünün idarə etdiyi avtomobil qəza törədib.
Xoşbəxtlikdən futbolçunun səhhətinə ciddi ziyan dəyməyib. Onun idarə etdiyi “Mercedes” markalı avtomobil demək olar ki, yararsız hala düşüb.
Qeyd edək ki, Mirkamil Həşimli bir müddətdir ki, “Fənərbaxça” klubunun aşağı yaş qruplarında çıxış edir.
İdman24.az