"Fənərbağça"nın futbolçusu əməliyyat ediləcək

"Fənərbağça"nın futbolçusu əməliyyat ediləcək

“Fənərbağça”nın UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyununda - “Olimpiakos”la səfər görüşündə zədələnən müdafiəçisi Ceyden Ostervoldenin son vəziyyətinə aydınlıq gəlib.

Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, matçın 43-cü dəqiqəsində xəsarət alan 22 yaşlı futbolçunun durumu ciddidir. 

Xəbərə görə, Ostervolde Niderlandda əməliyyat olunacaq. Arxa xətt oyunçusu bu gün Niderlanda yollanacaq.

Xatırladaq ki, İstanbul təmsilçisi  Yunanıstandan 2:3 hesablı məğlubiyyətlə dönüb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər