Federasiyanın baş katibi işdən çıxarıldı - Azərbaycanda

Federasiyanın baş katibi işdən çıxarıldı - Azərbaycanda
Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov tutduğu vəzifədən azad edilib.
Fanat.az xəbər verir ki, bu barədə federasiyanın prezidenti Fazil Məmmədov əmr verib.
Əmrə əsasən, Rəşad Allahverdi oğlu Əli-Zadə Azərbaycan Güləş Federasiyasının baş katibi təyin olunub.
Məlumat üçün bildirək ki, Rəşad Əli-Zadə bundan əvvəl Azərbaycan Otüstü Xokkey Federasiyasında çalışıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər