Federasiyadan "Qəbələ"yə rədd cavabı

Federasiyadan "Qəbələ"yə rədd cavabı
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Fanat.az xəbər verir ki, iclasda "Qəbələ" və"Mil-Muğan"ın müraciətlərinə baxılıb.
"Qəbələ" İdman Klubu U-17 komandasına "İnter"la oyuna görə verilmiş texniki məğlubiyyət, klubun məşqçisi və klub barədə çıxardığı qərarların dəyişdirilməsini istəyib. Apellyasiya və Ekspert Komitəsi isə AFFA İntizam Komitəsinin qərarlarını qüvvədə saxlayıb.
"Mil-Muğan" isə futbolçu Elşən Hacıyevlə bağlı qərarın dəyişdirilməsini istəyib. Lakin Apellyasiya və Ekspert Komitəsi isə AFFA İntizam Komitəsinin bu qərarını da qüvvədə saxlayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər