Türkiyə millisinin baş məşqçisi Fatih Terim Bakıya gələcək. Fanat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər sabah "ay-ulduzlular"ın Yunanıstanla keçirəcəyi yoldaşlıq görüşündən sonra nəzərdə tutulub.
Türkiyəli mütəxəssisin açılış mərasimi üçün Azərbaycana gələcəyi bildirilir. Lakin tədbirin adı göstərilməyib.
Qeyd edək ki, Fatih Terimin rəhbərliyi altında Türkiyə yığması 2006-cı ildə Bakıya gəlmiş və millimizlə yoldaşlıq görüşü (1:1) keçirmişdi.
Fanat.az