Çempionlar Liqasının II təsnifat mərhələsinin APOEL (Cənubi Kipr) - "Vardar" (Makedoniya) oyununun hakimlər briqadasında dəyişilik olub. Fanat.az UEFA-nın rəsmi saytına istinadən хəbər verir ki, azərbaycanlı ədalət təmsilçilərinin idarə edəcəyi matçın dördüncü hakimi dəyişdirilib.
Belə ki, əvvəlcədən bu oyuna ehtiyat hakim kimi Rəhim Həsənov təyin edilmişdi. Amma onu Fariz Yusifov əvəzləyib. Dəyişikliyin səbəbi bilinmir.
Qeyd edək ki, APOEL - "Vardar" matçını FIFA referisi Əliyar Ağayev idarə edəcək. Ona Zeynal Zeynalovla Mübariz Haşımov yardımçı olacaq.
APOEL - "Vardar" oyunu bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.
Fanat.az