Çexiya millisinin hücumçusu Bundesliqada

Çexiya millisinin hücumçusu Bundesliqada

Almaniya Bundesliqa klubu “Borussiya” yeni transfer reallaşdırıb. 

Fanat.Az xəbər verir ki, Mönhenqladbah klubunun rəsmi saytı Çexiya yığmasının və Praqa “Sparta”sının hücumçusu Tomaş Çvançaranın keçidini rəsmən elan edib. 

Bundesliqa təmsilçisi bu transfer üçün çexlərə 10,5 milyon avro təzminat ödəyib. 22 yaşlı forvardın yeni müqaviləsinin müddəti 5 illikdir. 

Çvançara 2022-ci ilin əvvəlindən formasını geyindiyi “Sparta”da 49 oyuna çıxaraq 24 qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər