Çexiya klubu azərbaycanlının dublu ilə qazandı

Çexiya klubu azərbaycanlının dublu ilə qazandı

Çexiyanın futbol üzrə gənclər liqasında 14-cü turun oyunları keçirilib.

 

 

Fanat.Az xəbər verir ki, U-21 millimizin üzvü Fərid Nəbiyevin şərəfini qoruduğu "Slaviya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə "Pribram”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:2.

Start "11-lik"də meydana çıxan Nəbiyev 89-cu dəqiqədə əvəzlənib. Komandasının qollarının ikisini Fərid vurub. O, hesab 1:2 olarkən 61-ci dəqiqədə bərabərlik, 68-də isə komandasının qələbə qoluna imza atıb.

 

 

"Slaviya”nın U-21 komandası hazırda 14 xalla 12 komanda arasında 10-cu pillədədi.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər