Çexiya - Azərbaycan oyununun təyinatları bilindi

Çexiya - Azərbaycan oyununun təyinatları bilindi

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya (U-21) - Azərbaycan (U-21) oyununa hakim təyinatları açıqlanıb.

Fanat.Az xəbər verir ki, qarşılaşmanı Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.    Baş hakim Yovan Kaçevskiyə Daniel Vasilevski və Aleksandar Gyorgyeski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Krumislav Gyorgiyev yerinə yetirəcək.

Çexiya - Azərbaycan oyunu oktyabrın 10-da, Bakı vaxtı ilə saat 20:00-da Karvina şəhər stadionunda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər