"Qarabağ"ın qış təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı rəqiblərdən biri məlumdu. Fanat.az xəbər verir ki, Ağdam klubu Türkiyədəki hazırlıq çərçivəsində Qazaxıstanın "Spartak" klubu ilə qarşılaşacaq.
Artıq oyunun vaxtı da məlumdu. "Qarabağ"la "Spartak" yanvarın 23-də üz-üzə gələcək. Ağdam klubu bundan 4 gün əvvəl Buxarest "Dinamo"su ilə qarşılaşacaq. Qurban Qurbanov yetirmələrini yanvarın 22 və 25-də daha iki oyunda sınayacaq. Ancaq həmin günlər baş tutacaq yoxlama oyunlarındakı rəqiblər hələ bəlli deyil.
Qeyd edək ki, "Spartak" "Qarabağ"dan 3 gün əvvəl - yanvarın 20-də "Qəbələ" ilə qarşılaşacaq. Bu komanda başa çatan mövsümdə Qazaxıstan çempionatının I divizionunda 2-ci pilləni tutub və Premyer Liqaya vəsiqə qazanıb.
Fanat.az