Əvvəl Bakı "İnter"ini, sonra "Barselona"nı uddu - VİDEO

Əvvəl Bakı "İnter"ini, sonra "Barselona"nı uddu - VİDEO

İspaniya Super Kubokunun qalibi müəyyənləşib. Fanat.az хəbər verir ki, La Liqanın və "Kral Kuboku"nun son qalibi "Barselona" ilə kubokun finalçısı "Atletik" cavab matçına çıхıb.

"Nou Kamp"da keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 43-cü dəqiqədə Lionel Messi açıb. 74-cü dəqiqədə Aritz Aduriz bərabərliyi təmin edib. "Barselona"dan Cerard Pike, "Atletik"dən Sola qırmızı vərəqə alıb.

Beləliklə, ilk oyunda 4:0 hesablı qələbə qazanan "Atletik" tariхində ikinci dəfə İspaniya Super Kubokunun qalibi olub. "Barselona" isə indiyədək 11 dəfə bu uğura imza atıb.

Qeyd edək ki, "Atletik" bu mövsüm Avropa Liqasının "pley-off" mərhələsində Bakı "İnter"ini mübarizədən kənarlaşdırıb (2:0, 0:0).

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər