Əvəzedicilər Liqası: "Sabah" çətin qələbəyə, "Zirə" darmadağına sevindi

Əvəzedicilər Liqası: "Sabah" çətin qələbəyə, "Zirə" darmadağına sevindi

Əvəzedicilər Liqasında 4-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, doğma meydanda “Şamaxı-2”ni qəbul edən "Zirə-2 3:0 hesablı darmadağına sevinib. “Neftçi-2” isə “Sabah-2” ilə oyunda 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasındakı oyunu ilə əlaqədar olaraq, sentyabrın 14-də keçirilməli olan “Qarabağ-2” – “Turan Tovuz-2” görüşü sentyabrın 23-də baş tutacaq.

Əvəzedicilər Liqası 4-cü tur 15 sentyabr

“Zirə-2” – “Şamaxı-2” 3:0 Qollar: Ramiz Muradov, 55-pen. Fərid Şahhüseyni, 58. İmran Süleymanzadə, 78.

“Neftçi-2” – “Sabah-2” 0:1 Qol: İlkin Cəfərli, 90+3.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər