Əvəzedicilər Liqası: "Qəbələ-2" çətin qələbəyə sevindi

Əvəzedicilər Liqası: "Qəbələ-2" çətin qələbəyə sevindi

Əvəzedicilər Liqasında 4-cü tura start verilib.

Fanat.Az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub.

“Kəpəz-2” – “Araz-Naxçıvan-2” oyununda qalib müəyyənləşməyib. “Qəbələ-2” isə “Sumqayıt-2” üzərində qələbəyə sevinib.

“Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasındakı oyunu ilə əlaqədar olaraq, bu gün keçirilməli olan “Qarabağ-2” – “Turan Tovuz-2” görüşü sentyabrın 23-də baş tutacaq.

Əvəzedicilər Liqası 4-cü tur 14 sentyabr

“Kəpəz-2” – “Araz-Naxçıvan-2” 1:1 Qollar: Elcan Əbilov, 72 – Adıgözəl Əkbərov, 83.

“Qəbələ-2” – “Sumqayıt-2” 1:0 Qol: Əjdər Hacılı, 70-öz qapısına.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər