Əslən azərbaycanlı tanınmış idmançı Bakıya gəldi, nazirlə görüşdü

Əslən azərbaycanlı tanınmış idmançı Bakıya gəldi, nazirlə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov dünyanın tanınmış kikboksçularından biri, ONE FC çempionu Çingiz Allazovu qəbul edib.

Fanat.Az xəbər verir ki, idmançını salamlayan Qayıbov ona uğurlu çıxışı münasibətilə təbrikini çatdırıb.

Bakıya səfəri barədə məlumat verən idmançı səmimi qəbula görə təşəkkürünü bildirib.

Xatırladaq ki, hazırda ONE FC reytinqində birinci olan Çingiz Allazov müxtəlif illərdə dəfələrlə K-1, NDC və A-1 üzrə dünya çempionu titullarını qazanıb. Əslən Azərbaycandan olan idmançı Gürcüstanda dünyaya göz açsa da, Belarus vətəndaşlığını daşıyır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər