Xəbər verdiyimiz kimi, dünən "İnter"in keçmiş futbolçusu Bronislav Çervenka komandanın Avstriyadakı düşərgəsinə baş çəkmişdi. Fanat.az xəbər verir ki, çex futbolçu fikirlərini klubun rəsmi saytına bildirib:
"İnter"in harada toplanış keçirəcəyini bilirdim. Boş vaxt tapdım və maşınımla toplanış yerinə gəldim. Komandadakı keçmiş yoldaşlarımı yenidən görmək xoş idi. Klubun prezidenti Georgi Nikolovla və baş məşqçi Kaxaber Tsxadadeylə görüşüb söhbətləşmək imkanım da oldu. 2 il öncə “İnter”in sıralarını tərk etmişəm, amma indiyədək komandanın fəaliyyətilə maraqlanıram. Bilirəm ki, tezliklə komandanı Avropa Liqasında iştirak gözləyir və “İnter”ə qarşıdakı oyunlarda uğurlar arzulamaq istərdim. Komandanın mümkün qədər çox mərhələ keçməsini arzulayıram”.
Fanat.az