Ertuğrul Sağlam Bakıya kimə görə gəlib?

Ertuğrul Sağlam Bakıya kimə görə gəlib?

"Məni bura Rəşad Sadıqov dəvət etdi. O, mənim dostumdur. 2006-2007-cı illərdə "Kayserispor"da birgə çalışmışdıq. Çox yaxşı oynayırdı. Sonradan yenə Azərbaycana qayıtdı. Yəni, sevimli qardaşımızdır".

Bunu "Report"a açıqlamasında Türkiyənin "Kayserispor" komandasının sabiq baş məşqçisi Ertuğrul Sağlam deyib.

48 yaşlı mütəxəssis bildirib ki, Bakıya səfəri təkcə Rəşad Sadıqovun vida matçında iştirak etməkdən ibarət deyil: "Bura Sadıqovu görməyə, izləməyə gəldik. Həm də Azərbaycan və Çexiya milli komandalarını görmək istədik".

Sağlamın fikrincə, Sadıqov gələcəkdə yaxşı baş məşqçi ola bilər: "Çünki çox çalışqan, dürüst xarakterlidir. İnanıram ki, çox yaxşı baş məşqçi olacaq".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər