Ermənilər Olimpiada üçün Bakıya gəlməyəcək - RƏSMİ

Ermənilər Olimpiada üçün Bakıya gəlməyəcək - RƏSMİ

Ermənistan yığması sentyabrın 1-də Bakıda start götürəcək Ümumdünya Şahmat Olimpiadasında iştirak etməyəcək.

Fanat.az xəbər verir ki, bu barədə Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Smbat Lputyan deyib:

"Ermənistan Şahmat Federasiyası Bakıdakı Şahmat Olimpiadasında iştirak etməmək qərarı qəbul edib. Bu bizim ümumi və yekun qərarımızdır".

Qeyd edək ki, Ermənistan yığması Şahmat Olimpiadasında 3 dəfə (2006, 2008, 2012) qalib olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər