Ermənilər həftəsonu Bakıya gəlirlər

Ermənilər həftəsonu Bakıya gəlirlər

Ermənistan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Qraçya Rostomyan və MOK-un İdarə heyətinin rəhbəri Vaqinak Qalstyan noyabrın 21-22-də Bakıda keçiriləcək Avropa Olimpiya Komitəsinin 43-cü sessiyasında iştirak edəcəklər.

 

Fanat.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan MOK-un mətbuat xidməti xəbər yayıb. Məlumatda deyilir ki, iclasın gündəliyinə digər məsələlərlə yanaşı, vacib məsələ - ilk Avropa Oyunlarının keçirilməsi məsələsi daxil edilib. 

Qeyd edək ki, Bakıda ilk Avropa Oyunları gələn il iyunun 12-28-də keçiriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər