Ermənilər Bakıya gəlməkdən qoxdu

Ermənilər Bakıya gəlməkdən qoxdu

Ermənistan boksçuları Türkiyə və Azərbaycanda keçiriləcək olimpiya lisenziyalı reytinq turnirlərində iştirak etməyəcəklər. Fanat.az xəbər verir ki, bu barədə Ermənistan Boks Federasiyasının prezidenti Artur Gevorqyan açıqlama verib.

A.Gevorqyan bildirib ki, sərbəst qrafiklə xidmət keçən bütün idmançılar öz hərbi hissələrinə qayıdacaqlar: "Hərbi vəziyyəti nəzərə alaraq, federasiya prezidenti kimi öz idmançılarımıza Türkiyə və Azərbaycanda təşkil olunacaq olimpiya lisenziyalı reytinq turnirlərində iştirak imkanı verməyəcəyəm".

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli reytinq turnirlərindən birincisi 9 - 17 apreldə Türkiyənin Samsun şəhərində, sonuncusu isə 14 - 26 iyunda Bakıda olacaq. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər