Ermənilər AFFA-ya söz verdi

Ermənilər AFFA-ya söz verdi
Məlum olduğu kimi, işğal altında olan Azərbaycan ərazilərində Ermənistan Futbol Federasiyasının təşkilatçılığı ilə məşqçi kursu keçirilir. Fanat.az xəbər verir ki, bununla bağlı AFFA qarşı tərəfə etirazını bildirib və UEFA-ya məlumat verib.
UEFA-nın Konqresində iştirak etmək üçün Qazaxıstanın Astana şəhərində səfərdə olan AFFA-nın baş katibi Elxan Məmmədov UEFA nümayəndələrinə bu barədə məlumat verməklə EFF-nın Azərbaycan ərazisində məşqçi kursları keçirməsindən narazılığını ifadə edib. Məmmədov həmçinin Ermənistan Futbol Federasiyasının baş katibi ilə də görüşərək AFFA-nın narazılığını bildirib. EFF rəsmisi keçirilən məşqçi kursunun beynəlxalq status daşımadığını deyib və AFFA-nın narazılığının nəzərə alınacağını qeyd edib.
Qeyd edək ki, AFFA 2008-ci ildə UEFA-nın B və A məşqçi kursları konvensiyasına, 2 il sonra isə Pro konvensiyasına qoşulub və konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan ərazisində C, B, A və Pro kurslarını təşkil etmək səlahiyyəti yalnız AFFA-ya məxsusdu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər