Erməni qızı Bakıda çempion oldu - FOTO

Erməni qızı Bakıda çempion oldu - FOTO
Qadınlar arasında “Baku Cup-2015” beynəlxalq tennis turniri başa çatıb. Fanat.az AzərTAc-a isitnadən xəbər verir ki, Bakı Tennis Akademiyasının üç kortunda keçirilən yarışlarda 20-dək ölkənin təmsilçiləri qələbə uğrunda mübarizə aparıblar.
İyulun 27-dən başlayan turnirin yarış fondu 250 min ABŞ dolları olub. Təkbətək görüşlərin finalında Marqarita Qasparyan (Rusiya) və Patrisiya Mariya Tiq (Rumıniya) qarşılaşıblar. Oyun 2:1 ümumi hesabla Rusiya idmançılarının (6:3, 5:7, 6:0) xeyrinə qurtarıb.
Qalibə kubok təqdim edilib. O, 280 reytinq balı və 43000 ABŞ dolları qazanıb. Digər finalçı 180 bal və 21400 ABŞ dolları əldə edib.
Qoşa görüşlərin final matçında Vitaliya Dyaçenko (Rusiya)//Olqa Savçuk (Ukrayna) cütlüyü Marqarita Qasparyan//Aleksandra Panovaya (Rusiya) qarşı oynayıb. Sonuncular 2:0 hesabı ilə qələbə qazanıblar (6:3, 7:5). Onlar 280 reytinq balı əldə ediblər. Cütlüyə kubok və 12300 ABŞ dolları təqdim olunub. Digər cütlük isə 180 bal və 6400 ABŞ dolları qazanıb.
Erməni qızı Bakıda çempion oldu - FOTO
Təntənəli bağlanış mərasimində turnirin qalibləri yarışların yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
Turnirin direktoru, vaxtilə məşhur tennisçi olan Leyla Mesxi mərasimdə çıxış edərək vurğulayıb ki, “Baku Cup-2015” beynəlxalq idman təqvimində xüsusi yer tutur və nüfuzu ildən-ilə yüksəlir. O, turnirin keçirilməsində göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlıq edib.
Turniri Milli Məclisin deputatları, habelə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin əməkdaşları izləyiblər.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər