Rusiyanı təmsil edən erməni əsilli tennisçi Marqarita Qasparyan Ermənistan mətbuatına müsahibə verib. Fanat.az xəbər verir ki, 22 yaşlı xanım idmançı 2015-ci ildə paytaxtımızda keçirilən "Baku Cup”da mükafat qazanmasından danışıb.
Qasparyan bildirib ki, o, ölkəmizdə heç bir problemlə üzləşməyib: "Mən özümü həmişə erməni hiss edirəm. Lakin bəzən özümü rus kimi aparmalıyam. Məsələn, 2015-ci ildə Bakıda hər yerdə özümü rusiyalı kimi təqdim edirdim. Orda mükafat qazandım. Buna görə xoşbəxtəm. O vaxt anladım ki, Bakıda nəsə etmək bir erməni üçün çox çətindir. Amma orda hər hansı xüsusi problemlə üzləşmədim. Yalnız oyun zamanı tamaşaçıların bir qismi mənim milliyətimə görə rəqibə azarkeşlik edirdi”.
Xatırladaq ki, Qasparyan ölkəmizdə keçirilən qadınlar arasında "WTA International” seriyasında "Baku Cup-2015” Beynəlxalq tennis turnirinin qalibi olub. Buna görə də, Marqarita paytaxtımzdan 43 min dollar dəyərində mükafatla ayrılmışdı.
Fanat.az