Ərəblər bu dəfə "Siti"nin qapısını döydü

Ərəblər bu dəfə "Siti"nin qapısını döydü

Səudiyyə Ərəbistanı təmsilçiləri Avropada ulduz ovunu davam etdirir.

Fanat.Az xəbər verir ki, "Əl Qədisiyyə" klubu "Mançester Siti"nin niderlandlı yarımmüdafiəçisi Ticani Reyndersi heyətinə qatmaq üçün rəsmi danışıqlara başlayıb.

Klublar arasında təxminən 60 milyon avroluq transfer məbləği ətrafında razılığın əldə olunmağa yaxın olduğu bildirilir.

Lakin transferin rəsmiləşməsi üçün hələlik Reynders özü yekun yaşıl işığı yandırmayıb. Digər tərəfdən, İngiltərə Premyer Liqası təmsilçisi "Nottingem Forest" də futbolçu ilə yaxından maraqlanmaqda davam edir. İndi hər şey niderlandlı yarımmüdafiəçinin karyerası ilə bağlı verəcəyi son qərardan asılıdır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər