Ərdoğan Londonda tarix yazan azərbaycanlıdan yazdı

Ərdoğan Londonda tarix yazan azərbaycanlıdan yazdı

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyevin 16-cı dünya atletika çempionatındakı uğuruna qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan da biganə qalmayıb.

Fanat.Az xəbər verir ki, dövlət başçısı "Twitter" hesabında Ramil Quliyevlə bağlı paylaşım edib.

"Dünya çempionatının kişilər arasında 200 metrdə qızıl medal qazanaraq hamımızı qürürlandıran Ramil Quliyev könüldən təbrik edirəm" deyə Ərdoğan yazıb.

Qeyd edək ki, Ramil Quliyev 200 metr məsafəyə qaçış yarışlarında 20,09 saniyəlik nəticə göstərərək dünya çempionu olub.

Ərdoğan Londonda tarix yazan azərbaycanlıdan yazdı

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər