Entso Fernandes "Çelsi"dən ayrıla bilər

Entso Fernandes "Çelsi"dən ayrıla bilər

"Çelsi"nin ulduz yarımmüdafiəçisi Entso Fernandes karyerasında yeni bir səhifə açmağı düşünür.

Fanat.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, argentinalı futbolçu Paris Sen-Jermen klubunun maraq dairəsinə düşdükdən sonra Londondakı gələcəyini ciddi şəkildə nəzərdən keçirir.

PSJ rəhbərliyi dünya çempionunu heyətə qatmaq üçün münasib şərait axtarır.

Entsonun komandadakı statusu və PSJ-nin ciddi marağı transferin yaxın vaxtlarda reallaşma ehtimalını artırır. Sözügedən oyunçunun özünün də Parisə köçməyə maraqlı olduğu bildirilir.

Qeyd edək ki, 24 yaşlı Fernandesin klubu ilə müqaviləsinin müddəti 2032-ci ilə qədər nəzərdə tutulub.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər