Enrike "Çelsi"yə "yox" dedi - SON DURUM

Enrike "Çelsi"yə "yox" dedi - SON DURUM

"Çelsi” rəhbərliyinin ispaniyalı Luis Enrikeni baş məşqçi postuna gətirmək arzusu gözündə qalıb. Fanat.Az xəbər verir ki, Enrike bu qış London təmsilçisinə yollanmaq fikrində olmadığını deyib.

 

48 yaşlı çalışdırıcının xidmətində birbaşa "Çelsi”nin rəhbəri Roman Abramoviç maraqlı olsa da, tərəflər danışıqlarda ortaq məxrəcə gələ bilməyib. Mütəxəssis təklifi ancaq yayda dəyərləndirə biləcəyini söyləyib.

 

Qeyd edək ki, "Roma” və "Selta” kimi klubları da çalışdırmış Luis Enrikenin son iş yeri ötən il ayrıldığı "Barselona” olub. 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər