Enqberktin yerini "İnter" rəsmisi də bilmir - FAKT

Enqberktin yerini "İnter" rəsmisi də bilmir - FAKT

Bu ilin avqustunda “İnter”in Müşahidə Şurasına  sədr təyin edilən Yohan Enqberktin sonrakı taleyi hamı üçün maraqlıdır. Fanat.az xəbər verir ki, klub prezidenti Rəşad Qasımov payızda postunu öz istəyiylə (hər halda belə demişdi) tərk edəndən bəri yoxa çıxan Enqberktin qaçmasıyla bağlı söz-söhbət səngimir.

Əcnəbi sədrin klubun ofisindən qaçaq düşməsi dəqiq informasiyadı. Qasımov futbol aləmindən uzaqlaşandan sonra alman biznesmen də “İnter”in başbilənlərinin yığışdığı binaya yaxınlaşmır. Sonuncu dəfə ölkə kuboku çərçivəsində baş tutan “İnter” - “Kəpəz” qarşılaşmasını tribunadan izləyən avropalını görən olmayıb.

Maraqlıdı ki, klubun mətbuat katibi Səbuhi Məmmədov da Enqberktin dəqiq harda olduğundan xəbərsizdi: “Açığı, mən də onu son dəfə “İnter” - “Kəpəz” oyununda görmüşəm. Harda olmasıyla bağlı dəqiq məlumatım yoxdu. Getsəydi, yəqin deyərdilər”.

Bildiyiniz kimi, “İnter”də uzun müddət başqan kimi fəaliyyət göstərmiş Georgi Nikolov hələ də Azərbaycan sərhədlərini tərk edə bilmir. Bolqar ölkəmizdə nə qədər qalacağından özü də xəbərsizdi. Hər il Avropada qeyd etdiyi Milad bayramını bu dəfə odlar yurdunda salamlayacaq Nikolovun durumu Enqberkti qorxudubsa, işlər qəlizləşməmiş aradan çıxması ağlabatandı. Amma qaçmaya, yaxınlarda baş tutacaq önəmli toplantının nəticəsini də gözləyə bilər. Məsələni diqqətdə saxlayacağıq.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər