Çempionlar Liqasının ən dramatik 10 finalı seçilib. Fanat.az həmin siyahını təqdim edir.
1. Liverpul - Milan 3:3 (2004/05)
Bəziləri "Mançester Yunayted"in 1999-cu ildə "Bavariya"nı yendiyi matçı ən dramatik final adlandırsa da, "Liverpul"un İstanbuldakı inanılmaz gecəsi Çempionlar Liqasının ən həyacanlı və maraqlı finalı idi. 2005-ci ildə keçirilən matçda fasilyə 0:3 hesablı məğlubiyyətlə yollanan İngiltərə klubunun baş məşqçisi Rafael Benites paltardəyişə otağında bütün zamanların ən təsirli çıxışını etmiş və oyunçularını meydana cəngavər kimi qaytarmağı başarmışdı. İkinci yarıda bərabərliyi təmin edən "qırmızılar" penalti seriyasında qalib gələrək Çempionlar Liqasının tarixinə damğa vurmuşdu.
2. Çelsi - Bavariya 1:1 (2011/12)
1999-cu ildə "Mançester Yunayted"ə 2 dəqiqə içində kuboku hədiyyə edən "Bavariya" yenə bir ingilis klubuna uduzub. "Çelsi" ilə matçda Tomas Müllerin qoluna Didye Droqba cavab verib və oyun penalti seriyasınadək uzanıb. Yekunda "Bavariya" yenə kuboku ingilislərə hədiyyə edib.
3. Barselona - Arsenal (2005/06)
Bundan əvvəl vəsiqə qazandığı son finalda (1993/94) "Milan"a 0:4 hesabı ilə yenilən "Barselona" bu dəfə şansı boşa verməyib. 18-ci dəqiqədə Yens Lemann qırmızı vərəqə alaraq "Arsenal"ı azlıqda qoysa da, londonlular 37-ci dəqiqədə Sol Kemmpbellin qolu ilə hesabda önə keçib. Lakin sonadək mübarizə aparan "Barselona" 76-cı dəqiqədə Samuel Eto`O ilə hesabı bərabərləşdirib. 81-də isə 10 dəqiqə əvvəl meydana çıxmış Juliano Belletti komandasını hesabda önə keçirib. Hər iki qolun ötürməsini isə oyuna 61-cı dəqiqədə daxil olan Henrik Larsson verib.
4. Mançester Yunayted - Çelsi 1:1 (2007/08)
İlk dəfə iki ingilis klubunu üz-üzə gətirən finala Moskvadakı "Lujniki" stadionu ev sahibliyi edib. 1:1 hesabı ilə başa çatan matçda qollara bu ilin 2 aprelində Çempionlar Liqasında 100-cü oyununu keçirən Kriştiano Ronaldo və Frank Lempard imza atıb. 116-cı dəqiqədə Nemanya Vidiçi vururaq meydandan qovulan Didye Droqa "Çelsi"ni azlıqda qoymuşdu. Penalti seriyasında "Mançester Yunayted" qalib gələrək çempion olmuşdu.
5. Ayaks - Yuventus 1:1 (1995/96)
Bir il əvvəl finalda "Milan"ı yenərək Çempionlar Liqasını qazanan Luis van Qaalın başçılıq etdiyi "Ayaks" ardıcıl ikinci dəfə vəsiqə qazandığı finala da üstünlüklə başlayıb. 12-ci dəqiqədə Fabrizio Ravanellinin qoluna sevinən hollandlar 41-ci dəqiqədə Hari Litmanenə mane ola bilməyib və bərabərlik təmin olunub. Bundan sonra matçda qol olmadığından qalib penalti seriyasında müəyyənləşib. Bu zaman 4:2 hesablı qələbə qazanan "Yuventus" kuboka sahib çıxıb.
6. Bavariya - Valensiya 1:1 (2000/01)
Bir əvvəlki finalda "Real"a müqavimət göstərə bilməyən və 0:3 hesabı ilə yenilən "Valensiya" oynadığı ardıcıl ikinci finalda "alman tankı" "Bavariya" ilə üz-üzə gəlib. İspanlar 2-ci dəqiqədə Qayzka Mendyetanın penalti qoluna sevinsə də, 50-ci dəqiqədə Stefan Effenberqin 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməsinə mane ola bilməyib. Qalan dəqiqlərdə və əlavə vaxtda qol vurulmadığından qalib penalti seriyasında müəyyənləşib. Bu zaman 5:4 hesablı qələbə qazanıb, "Valensiya" isə ardıcıl ikinci dəfə finalı göz yaşları ilə başa vurub. Qarşılaşmaya damğa vuran olay isə alman qapıçı Oliver Kanın rəqib həmkarı Santiaqo Kanizaresi təsəlli etməsi olub.
7. Portu - Monako 3:0 (2003/04)
Heç kimi gözləmədiyi iki komandanın finala çıxdığı 2004-cü ildə futbol ictimaiyyətinin Joze Mourinyonun daha yaxşı tanıması ilə nəticələnmişdi. Özünü "seçilmiş" adlandıran portuqaliya mütəxəssisin komandası bu matçda 3:0 hesablı qələbə qazanaraq 17 il sonra Avropanın bir nömrəli klub kubokuna sahib çıxmışdı. Bununla da Mourinyonun gələcək uğurlarının əsası qoyulmuşdu.
8. Real - Bayer 2:1 (2001/02)
"Stade de France"dakı zəfərdən iki il sonra Avropada final oynayan "Real" ilk dəfə həlledici matçda oynamaq imkanı qazanan "Bayer"lə qarşılaşıb. Hesabı 8-ci dəqiqədə Raul açıb, 5 dəqiqə sonra Lusio bərabərliyi təmin edib. Lakin almanlar 45-ci dəqiqədə Zinəddin Zidanın futbol tarixinə damğa vuran qolunun qarşısını ala bilməyərək məğlubiyyətlə barışıblar.
9. Real - Valensiya 3:0 (1999/2000)
İlk dəfə eyni ölkədən iki komandanın çıxdığı finalda buradək irəliləməklə hamını təəccübləndirən "Valensiya" uğurun davamını gətirə bilməyib və La Liqadakı rəqibinə böyükhesabla yenilib - 0:3. "Kral Klubu"nun heyətində Raul Qonzales, Fernando Moryentes və Stiv Makmanaman fərqəlnib.
10. Olimpik (Marsel) - Milan 1:0 (1992/93)
Münhen Olimpiya stadionunda baş tutan finalda iki komanda çox saylı qol imkanlarını boşa verdiyindən, matçın taleyini bir top həll etmişdi. 44-cü dəqiqədə afrikalı Basile Bolinin vurduğu qol "Olimpik"ə tarixində ilk və hələlik sonuncu dəfə Çempionlar Liqasını qazandırmışdı. Daha sonra klub sahibi Bernard Tapyenin oyun alverində əlinin olduğu sübuta yetirilsə də, kubok Marsel klubunda qalmışdı.
Fanat.az