Premyer Liqada yay fasiləsi və transfer dövrü davam edir. Transfer pəncərəsi ötən illərə nisbətən daha sakit keçsə də, klublar heyətlərini gücləndirməyə çalışır.
Fanat.az хəbər verir ki, hələlik ən bahalı transferləri "Qəbələ" həyata keçirib. "Transfermarkt"ın qiymətləndirməsinə görə, bölgə klubunun "Kayrat"dan gətirdiyi Aleksey Antonovun 1.5, "Zarya"dan transfer etdiyi Vitali Vernidubun 1.2 milyon avro qiyməti var.
İlk "üçlüy"ü "Qarabağ"ın yeni transferi Alharbi El Jadeyui qapayır. "Lans"dan gələn Mərakeş əsilli fransalı futbolçuya 800 min avro qiymət qoyulub.
| № | Futbolçu | Klubu | Köhnı klubu | Dəyəri (avro) |
| 1 | Aleksey Antonov | Qəbələ | Kayrat, Qazaxıstan | 1.500.000 |
| 2 | Vitali Vernidub | Qəbələ | Zarya, Ukrayna | 1.200.000 |
| 3 | Alharbi El Jadeyui | Qarabağ | Lans, Fransa | 800.000 |
| 4 | Georgi Floresku | Qəbələ | Astra, Rumıniya | 750.000 |
| 5 | Sergey Zenyov | Qəbələ | Torpedo, Rusiya | 750.000 |
| 6 | Voyislav Stankoviç | Qəbələ | İnter | 650.000 |
| 7 | Raydell Pupon | Qarabağ | Valensyenn, Fransa | 600.000 |
| 8 | Melli | Neftçi | Simurq | 600.000 |
| 9 | Vaqif Cavadov | Xəzər L | Boluspor, Türkiyə | 500.000 |
| 10 | Ruslan Abışov | Xəzər L | Qəbələ | 450.000 |
| 11 | Vüqar Nadirov | Xəzər L | Qarabağ | 450.000 |
Fanat.az