Çempionlar Liqası: "Vilyarreal" və "Real Madrid" yarımfinalda!

Çempionlar Liqası: "Vilyarreal" və "Real Madrid" yarımfinalda!

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarına start verilib.

Fanat.Az xəbər verir ki, bununla da yarımfinalın ilk 2 iştirakçısı bəlli olub.

"Real Madrid" evdə turnirin son qalibi olan "Çelsi"ni 2:3 hesabı ilə uduzsa da, ilk matçdakı qələbə (3:1) sayəsində adını növbəti mərhələyə yazdırıb.

"Bayern Münhen" isə ilk matçda 0:1 hesabı ilə uduzduğu "Vilyarreal"la heç-heçə edib - 1:1. Bu nəticə ilə ispanlar yarımfinala yüksəlib.

Çempionlar Liqası, 1/4 final Cavab oyunları 12 aprel

23:00. "Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə) 2:3  Qollar: Rodriqo, 80.ş Benzema, 96 - Maunt, 15, Rüdiqer, 51, Verner, 75. Baş hakim: Şimon Marçinyak (Polşa) İlk oyun - 3:1

23:00. "Bayern Münhen" (Almaniya) - "Vilyarreal" (İspaniya) 1:1 Qollar: Levandovski, 52 - Çukvueze, 88. Baş hakim: Slavko Vinçiç (Sloveniya) İlk oyun - 0:1

Qeyd edək ki, 1/4 finalın digər cavab oyunları aprelin 13-də keçiriləcək. İngiltərə "Liverpul"u Portuqaliya "Benfika"sını, Ispaniya "Atletiko"su isə İngiltərənin "Mançester Siti" klubunu qəbul edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər