Çempionlar Liqasında 1/4 final mərhələsi çərçivəsində keçirilən ilk oyunların rəmzi komandası müəyyənləşib. Fanat.az xəbər verir ki, 1-4-1-4-1 taktiki sxemi ilə qurulan ən yaxşı "11-lik"də "Mançester Yunayted"in üstünlüyü var.
"Qırmızı şeytanlar"ın 3 üzvü ən yaxşılar arasına düşüb. "Real", "Atletiko" və PSJ-nin 2, "Bavariya" və "Barselona"nın 1 oyunçusu rəmzi komandada yer alıb.
Qapıçı: Tibaut Kourtois (Atletiko).
Müdafiəçilər: Pil Yons (Mançester Yunayted), Nemanya Vidiç (Mançester Yunayted), Pepe (Real), Maksvell (PSJ).
Yarımmüdafiəçilər: Mixael Karrik (Mançester Yunayted), İsko (Real), Ezekuiel Lavezzi (PSJ), Dieqo Ribas (Atletiko), Andreas İnyesta (Barselona).
Hücumçu: Mario Mandzukiç (Bavariya).
Fanat.az