Çempionlar Liqasının 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Ötən axşam baş tutan son iki oyundan sonra bu mərhələdə çıxış edən 8 komandanın adına aydıqlıq gəlib.
Fanat.az xəbər verir ki, 1/4 finalın püşkü sabah atılacaq. İsveçrənin Nyon şəhərində baş tutacaq mərasim Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.
1/4 finalın ilk oyunları 5-6, cavab qarşılaşmaları 12-13 apreldə keçiriləcək.
1/4 finalda iştirak edəcək komandalar
Real (İspaniya)
Barselona (İspaniya)
Atletiko (İspaniya)
Bavariya (Almaniya)
Volfsburq (Almaniya)
Mançester Siti (İngiltərə)
PSJ (Fransa)
Benfika (Portuqaliya)
Fanat.az