Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Fanat.az хəbər verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında baş tutan mərasimdə komandalar 8 cütlüyə bölünüb.
Ümumilikdə 1/8 final mərhələsində 10 ölkə təmsilçisi iştirak edəcək. İspaniya və İngiltərə hərəyə 3, Almaniya ilə İtaliya hərəyə 2, Rusiya, Portuqaliya, Hollandiya, Ukrayna, Fransa və Belçika isə 1 komanda ilə təmsil olunacaqlar.
Qeyd edək ki, 1/8 finalın ilk oyunları 17, 17, 23, 24 fevral, cavab qarşılaşmaları 8, 9, 15, 16 fevral tarixlərində baş tutacaq.
Çempionlar Liqası
1/18 final
Gent (Belçika) - Volfsburq (Almaniya)
Roma (İtaliya) - Real (İspaniya)
PSJ (Fransa) - Çelsi (İngiltərə)
Arsenal (İngiltərə) - Barselona (İspaniya)
Yuventus (İtaliya) - Bavariya (Alrmaniya)
PSV (Hollandiya) - Atletiko (İspaniya)
Benfika (Portuqaliya) - Zenit (Rusiya)
Dinamo (Ukrayna) - Mançester Siti (İngiltərə)
Fanat.az