Voleybol üzrə Çempionlar Liqasınının mükafat fondunda dəyişiklik edilib.
Qeyd edək ki, Çempionlar Liqasında həm qadınların, həm də kişilərin mübarizəsinin qalibləri 400 min avro mükafat alacaq. Gümüş medalçılara 200, yarımfinalda uduzan komandalara 125 min avro veriləcək.
Bundan başqa komandalar hər qələbəyə görə 15, məğlubiyyətə görə 5 min avro alacaq. Təsnifat mərhələsində isə bu məbləğ daha azdı:
I raund
Qələbə - 2 min avro
Məğlubiyyət - 1,5 min avro
II raund
Qələbə - 3 min avro
Məğlubiyyət - 2 min avro
III raund
Qələbə - 5 min avro
Məğlubiyyət - 2,5 min avro
IV raund
Qələbə - 7,5 min avro
Məğlubiyyət - 3 min avro
1/4 finalda qazanılacaq hər qələbə klublara 10 min avro əldə etmək imkanı verəcək. Məğlublar isə 4 min avro alacaq.
Fanat.Az