Çempionlar Liqasının matçında 6 qırmızı vəərqə - VİDEO

Çempionlar Liqasının matçında 6 qırmızı vəərqə - VİDEO

Çempionlar Liqasının matçında 6 futbolçuya qırmızı vərəqə göstərilib. Fanat.az xəbər verir ki, söhbət Okeaniya Çempionlar Liqasında baş tutan "Vailima Kivi" (Samoa) - "Nadi" (Fici) matçından gedir.

Qarşılaşmanın 44-cü dəqiqəsində - "Vailima Kivi" klubu 3:1 hesabla öndə olarkən futbolçular arasında mübahisə yaranıb. Bu zaman matçı idarə edən Solomon adalarından George Time meydan sahiblərindən Riçmond Faayuasonu və qonaqlardan Vaysake Tabakavanı meydandan qovub.

Çempionlar Liqasının matçında 6 qırmızı vəərqə - VİDEO

81-ci dəqiqəyədək matç öz axarında davam edib. Bu zaman referi "Nadi"nin qapıçısı Vereti Dikkson və "Vailima Kivi"nin forvardı Lionel Taylora qırmızı vərəqə göstərib. Bundan sonra meydanda vəziyyət gərginləşib. Hakimin oyuna 9 dəqiqə əlavə etməsi ilə stadion döyüş meydanına çevirilib. Hakim 89-cu dəqiqədə meydan sahiblərindən Lavre Pionu, 90+7-ci dəqiqədə qonaqlardan Napolioni Qasevakatinini meydandan qovub.

Qeyd edək ki, "Vailima Kivi" 21-ci dəqiqədə 3:1 hesablı üstünlük əldə etsə də, sonda meydanı məğlubiyyətlə tərk edib - 3:4. "Nadi"nin bütün qollarına Aniş Kumar Xem imza atıb. O, qələbə qolunu 90+8-ci dəqiqədə rəqib qapısından keçirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər