Çempionlar Liqasının formatı dəyişdirildi

Çempionlar Liqasının formatı dəyişdirildi
Voleybol üzrə Çempionlar Liqasının formatında dəyişiklik edilib. Fanat.az xəbər verir ki, yenilik yeni mövsümdən qüvvəyə minəcək.
Turnirə təsnifat mərhələsindən start veriləcək. Bu mərhələyə Avropa Voleybol Konfederasiyasının (CEV) reytinq cədvəlində 9cu pillədən aşağıda qərarlaşan ölkələrin çempionları və ilk "8-lik"də yer alan ölkələrin mükafatçıları qoşulacaq.
Təsnifat mərhələsi 3 raunddan ibarət olacaq. Qrup mərhələsi dekabrın əvvəlində başlayacaq. Təsnifat mərhələsinin uğursuzları mübarizəni qitənin ikinci dərəcəli turnirində - CEV Kubokunda davam etdirəcək.
 
Təsnifat mərhələsinin püşkatma mərasimi bu ilin 9 iyununda Romada keçiriləcək. Kişilərin yarışında 12 komanda birbaşa qrup mərhələsində mübarizəyə başlayacaq. Təsnifat mərhələsinin 8 qalibi də onlara qoşulacaq.
Qadınların yarışında da 12 komanda birbaşa qrup mərhələsinə vəsiqə əldə edəcək. Təsnifat mərhələsindən gələnlərin sayı isə 4 olacaq.
Kişilərin yarışında komandalar 5, qadınların yarışında 4 qrupa bölünəcək. Kişilərdə pley-off 1/6 və 1/3 finaldan ibarət olacaqsa, zərif cinsin nümayəndələri sonuncudan “Dördlər finalı”çıları müəyyənləşdirəcəklər.
 
Qrup mərhələsində 3-cü pilləni tutan komandalar mübarizəni CEV Kubokunda davam etdirəcək. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər