Çempionlar Liqasının finalında 5-ci derbi

Çempionlar Liqasının finalında 5-ci derbi

Çempionlar Liqasının finalçıları müəyyənləşib. Fanat.az xəbər verir ki, mayın 28-də Milandakı "San Siro" stadionunda baş tutacaq matçda "Mançester Siti"ni mübarizədən kənarlaşdırmış "Real" "Bavariya"dan üstün olan "Atletiko"nu sınağa çəkəcək.

Bu komandalar arasında finaldakı ikinci duel olacaq. Belə ki, "Real"la "Atletiko" 2013/14 mövsümündə Lissabondakı "Estadio da Luz" stadionunda üz-üzə gəlmişdi. Həmin oyunda "Kral Klubu" 4:1 hesablı qələbə qazanmışdı.

Mayın 28-dəki qarşılaşma finaldakı 6-cı ölkə derbisi olacaq. Bundan əvvəl İspaniya klubları iki, İtaliya, İngiltərə və Almaniya klubları bir dəfə həlledici matçda görüşüb. İspanlar üçüncü finalda derbi oynayacaq.

1999/00 Real (İspaniya) - Valensiya (İspaniya) 3:0

2002/03 Milan (İtaliya) - Yuventus (İtaliya) 0:0 (penalti 3:2)

2007/08 Mançester Yunayted (İngiltərə) - Çelsi (İngiltərə) 1:1 (penalti - 6:5)

2012/13 Bavariya (Almaniya) - Borussiya D (Almaniya) 2:1

2013/14 Real (İspaniya) - Atletiko (İspaniya) 4:1

2015/16 Real (İspaniya) - Atletiko (İspaniya) 4:1

Qeyd edək ki, "Real" 14-cü dəfə finala çıxıb. Madrid klubu indiyədək 10 dəfə (1956, 1957, 1958, 1959, 1960, 1966, 1998, 2000, 2002, 2014) Çempionlar Liqasının qalibi olub, 3 dəfə ikinciliklə (1962, 1964, 1981) kifayətlənib. "Kral Klubu" turnirin rekorduçusudu.

"Atletiko" isə tarixində 3-cü dəfə finala çıxıb. Bundan əvvəl 1974 və 2014-cü illərdə final oynayan Madrid klubu "Bavariya" və "Real"a uduzub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər