"Real"ın 11-ci qalibiyyəti ilə başa çatan Çempionlar Liqasında 2015/16 mövsümünün ən bərbad "11-liy"i hazırlanıb. Fanat.az ümidləri puç etmiş futbolçulardan ibarət rəmzi komandanı təqdim edir:
Qapıçı: David Ospina (Arsenal, İngiltərə).
Müdafiəçilər: Danilo (Real, İspaniya), Qabriel (Arsenal, İngiltərə), Antonio Rudiger (Roma, İtaliya).
Yarımmüdafiəçilər: Xesus Navas (Mançester Siti, İngiltərə), Bastian Şvaynştayger (Mançester Yunayted, İngiltərə), Yaya Ture (Mançester Siti, İngiltərə), Eden Hazard (Çelsi, İngiltərə).
Hücumçular: Xuan Manuel İturbe (Roma, İtaliya), Cekson Martines (Atletiko, İspaniya), Edinson Kavani (PSJ, Fransa).
Fanat.az