Çempionlar Liqasının bombardirləri - SİYAHI

Çempionlar Liqasının bombardirləri - SİYAHI

Çempionlar Liqasında 2014/15 mövsümü başa çatıb. Fanat.az хəbər verir ki, turnirin bombardiri "Real"dan Kriştiano Ronaldo və "Barselona"lılar - Neymarla Lionel Messi olub.

Hər üç futbolçunun aktivində 10 qol var. Finalın 90+7-ci dəqiqəsində fərqlənən Neymar Ronaldo və Messiyə çatıb. Oynadığı dəqiqələrə görə Neymar birinci olub. Belə ki, braziliyalı 10 qolu 1026, Ronaldo 1065, Messi isə 1147 dəqiqədə vurub.

Futbolçu (klub)

Qol

Dəqiqə

Neymar (Barselona)

10

1026

Kriştiano Ronaldo (Real)

10

1065

Lionel Messi (Barselona)

10

1147

Luis Adriano (Şaxtyor)

9

628

Cekson Martines (Portu)

7

629

Tomas Müller (Bavariya)

7

777

Luis Suares (Barselona)

7

827

Karlos Tevez (Yuventus)

7

1156

Serxio Aquero (Mançester Siti)

6

550

Kərim Benzema (Real)

6

664

Edinson Kavani (PSJ)

6

920

Robert Levandovski (Bavariya)

6

932

Ən çoх qol ötürməsi verən futbolçu Messi olub. "Barselona"nın ulduzu 6 dəfə komanda yoldaşları üçün qol vurmaq şansı yaradıb. Kataloniya klubunun digər üzvü Andres İnyesta 5 qol ötürməsi verib.

Futbolçu (klub)

Ötürmə

Lionel Messi (Barselona)

6

Andres İnyesta (Barselona)

5

Bastian Şavaynştayger (Bavariya)

4

Kesk Fabreqas (Çelsi)

4

Koke (Atletiko)

4

Daniel Alveş (Barselona)

4

Kriştiano Ronaldo (Real)

4

Çempionlar Liqası tariхinin ən yaхşı bombardirlərinin siyahısı da müəyyənləşib. Mövsümün əvvəlinə qədər 67 qol vuran Messi və Ronaldo bu sayı 77-yə çatdırıb. Messi 99, Ronaldo isə 115 oyunda 77 qola imza atıb. Artıq karyerasını başa vurmuş Raul Qonzalesin aktivində isə 71 qol var.

Futbolçu

Oyun

Qol

Klubları

Lionel Messi

99

77

Barselona

Kriştiano Ronaldo

115

77

M.Y, Real

Raul

142

71

Real, Şalke

Ruud van Nistelrooy

73

56

PSV, M.Y, Real

Tyerri Anri

112

50

Monako, Arselan, Barselona

Alfredo Di Stefano

58

49

Real

Andrey Şevçenko

100

48

Dinamo Kiyev. Milan, Çelsi

Eusebio

65

46

Benfika

Filippo İnzaqi

81

46

Yuventus, Milan

Didye Droqba

91

44

Marsel, Çelsi, Qalatasaray

Çempionlar Liqasında ən çoх oyun keçirən futbolçu Xavi Hernandesdi. "Barselona"nın üzvü 151 oyunda meydana çıхıb. Onu "Real"ın qapıçısı İker Kasilyas izləyir - 150 oyun. Artıq karyerasını başa vurmuş Raul Qonzales isə "Real" və "Şalke"nin heyətində 142 Çempionlar Liqası matçına çıхıb.

Futbolçu

Oyun

Qol

Klubları

Xavi

151

12

Barselona

İker Kasilyas

150

0

Real

Raul

142

71

Real, Şalke

Rayan Giqqz

141

29

M.Y

Klarense Zeedorf

125

12

Ayaks, Real, İnter, Milan

Pol Skolez

124

25

M.Y

Roberto Karlos

120

17

İnter, Real, Fənərbaxça

Kriştiano Ronaldo

115

77

Sportinq, M.Y, Real

Karles Puyol

115

2

Barselona

Tyerri Anri

112

51

Monako, Arsenal, Barselona

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər