Çempionlar Liqasının bərəkəti

Çempionlar Liqasının bərəkəti

Çempionlar Liqasının bu gün baş tutacaq "Real" - "Atletiko" finalının ümiumi gəliri 410 milyon avro təşkil edəcək. Fanat.az xəbər verir ki, bu rəqəm Portuqaliyanın IPAM adlı marketinq şirkətinin hazırladığı hesabatdan götürülübö

Hesabatda göstərilir ki, bir günlük dünyanın ən bahalı şəri olacaq Lissabondakı ticarət obyektləri 45 milyon avro gəlir əldə edəcək. Ən böyük gəliri isə şəhərdəki 22 min yataq otağına sahib otellər qazanacaq.

5-ci dəfə qitəmiqyaslı yarışların finalına ev sahibliyi edən Lissabona 70 min ispan fanatın yollanması gözlənilir. Onların Portuqaliyada orta hesabla 1000 avro xərcləyəcəyi ehtiimal olunur.

Bu arada turistlərin qarşılandığı Lissabon hava limanı tarixinin uçuş rekordunu qırıb. Belə ki, dünən aeroporta 740 təyyarə enib.

Qeyd edək ki, UEFA bu mövsüm Çempionlar Liqasının və Avropa Liqasının yayımından və ticarət hüquqlarından 1 milyard 340 milyln avro qazanıb. Bu məbləğin 75 faixi klublara ödənəcək. Çempionlar Liqasını qazanan klub 10.5, finalçı isə 6.5 milyon avro alacaq. "Real"la "Atletiko"nun turnirdən qazandığı məbləğ 63-67 milyon avro arasında olacaq. Bu "Atletiko"nun cari mövsüm üçün açıqladığı büdcənin təxminən yarısını (120 milyon avro), "Real"ın büdcəsinin isə 12,5 faizini (540 milyon avro) təşkil edir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər