Bu gün Çempionlar Liqasının qrup mərhələsinin II turuna start veriləcək və bu gecə 4 qrupda 8 oyun keçiriləcək. Fanat.az oyunların yayımlanacağı kanalları təqdim edir.
Çempionlar Liqasının qarşılaşmaları dünyanın bir çox kanalları vasitəsi ilə yayımlanır. Amma biz ölkəmizdən izlənməsi mümkün olan Azərbaycan, Türkiyə və Rusiya telekanallarının siyahısını təqdim edirik. Bu gecə baş tutacaq yalnız bir oyunu - "Bazel" - "Şalke 04" matçını bu üç ölkənin kanallarından izləmək mümkün olmayacaq. Əvəzində bu oyunu izləmək istəyənlər Al Jazeera Sport +4"ün xidmətindən yararlana bilər.
Bundan başqa "İdman Azərbaycan" kanalı saat 23.45-dən etibarən bütün oyunları “Online” rejimində yayımlayacaq.
Zenit - Austria (İdman Azərbaycan, NTV Russia, NTV Plus Futbol, Smart Spor)
Arsenal - Napoli (Az.TV, NTV (Türkiyə), NTV Plus Futbol/HD)
Ayaks - Milan (NTV Plus Sport)
Seltik - Barselona (Smart Spor 2, NTV Plus Futbol 2)
Borussiya D - Olimpik M (NTV Plus Sport On-Line)
Portu - Atletiko (Smart Spor, NTV Plus Sport Soyuz)
Styaua - Çelsi (NTV Plus Basketball)
Bazel - Şalke 04 (Al Jazeera Sport +4)