Çempionlar Liqasından daha bir maraqlı statistika

Çempionlar Liqasından daha bir maraqlı statistika
Bu gün Çempionlar Liqasının qrup mərhələsinə start veriləcək. İki gün ərzində 8 qrurda 16 matç baş tutacaq. Fanat.az ilk turda baş tutacaq oyunlarla bağlı maraqlı statistikanı təqdim edir:
A QRUPU
Mançester Yunayted - Bayer
Real Sosyedad - Şaxtyor
Ardıcıl olaraq 18-ci dəfə Çempionlar Liqasında çıxış edəcək "Mançester Yunayted" Aleks Ferqyusonla iki dəfə kuboku qazandığı halda, David Moyeslə ilk dəfə qrup mərhələsinə qatılacaq. "Bayer" isə 2005-ci ildə "Liverpul"la kuboku başı üzərinə qaldırmış baş məşqçi Sami Hyupya ilə qrup mərhələsinə start verəcək.
"Real Sosyedad" 2003/04 mövsümündən sonra ilk dəfə Çempionlar Liqası həyacanı yaşayacaq. "Şaxtyor" isə 9-cu dəfə qrupa qatılacaq.
B QRUPU 
Qalatasaray - Real
Kopenhagen - Yuventus
"Real"ın baş məşqçisi Karlo Ançelotti 2001/02 mövsümündə bu günkü rəqibi "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin yerinə "Milan"ın başına keçib. Hazırda "Cim-Bom"da məşqçi işləyən Ümit Davala Ançelottinin rəhbərliyi altında "Milan"da 7 oyuna çıxıb.
Ötən mövsüm Çempionlar Liqasında Danimarkanın digər təmsilçisi "Nordşelland"la qarşılaşan "Yuventus" səfər matçında Mirko Vuçiniçin son dəqiqələrdə vurduğu qolla məğlubiyyətdən qurtulmuşdu (1:1). İtaliya klubu ardıcıl ikinci mövsümdə Danimarkaya səfər edəcək.
C QRUPU
Benfika - Anderlext
Olimpiakos - PSJ
1983-cü ildə UEFA Kubokunun finalında "Anderlext" ilk matçda "Benfika"nı 1:0 hesabı ilə məğlub etmiş və cavab matçında 1:1-lik heç-heçəyə nail olaraq turnirin qalibi adını qazanmıhdı. Hazırda "Benfika"da məşqçi işləyən Minervino Pietra və klubun texniki direktoru Şeu Han həmin finalda forma geyinmişdi.
PSJ-nin baş məşqçisi Loran Blank və "Olimpiakos"un çalışdırıcısı Mişel 1991-ci ilin 20 fevralında AVRO-92-nin seçmə mərhələsində Fransa və İspaniya millilərinin heyətində bir-birilərinə qarşı oynayıblar. Həmin oyunda Blank 361 hesablı qələbə qazanan Fransanın son qoluna imza atmışdı.
D QRUPU 
Bavariya - ÇSKA
Viktoriya - Mançester Siti
1991/92 mövsümündə Çempionlar Liqasını qazanan "Barcelona" bir mövsüm sonra ikinci turda iki oyunun nəticəsinə görə ÇSKA-ya 3:4 hesabı ilə yenilərək qrup mərhələsinə qatıla bilməmişdi. Hazırda "Bavariya"nı çalışdıran Pep Qvardiola 1:1 və 2:3 hesabı ilə bitən həmin qarşılaşmalarda Moskva kluban qarşı oynamışdı.
"Mançester Siti" İngiltərə Premyer Liqasını ikinci pillədə başa vurduğundan qrup mərhələsinə bir başa vəsiqə əldə edib. "Viktoriya" isə qrupadək 3 mərhələ keçib. Plzen təmsilçisi "Jelzejniçar"a 6:4 (iki oyun), "Nomme Kalyu"ya 10:2, "Maribor"a isə 4:1 hesabı ilə qalib gəlib.
E QRUPU 
Şalke 04 - Styaua
Çelsi - Bazel
"Styaua" Almaniya klublarına qarşı keçirdiyi 16 matçda 1 qələbə qazanıb, 6 heç-heçə edib və 9 dəfə yenilib. Ötən mövsüm Avropa Liqasında "Ştutqart"la eyni qrupa düşən Buxarest təmsilçisi Almaniyada heç-heçə (2:2) etsə də, Rumıniyada 1:5 hesablı darmadağına məruz qalmışdı.
"Çelsi" və "Bazel" ötən mövsüm Avropa Liqasının yarımfinalında qarşılaşmışdı. İki oyunda ümumilikdə 5:2 hesablı qələbə qazanan London klubu finala çıxmış və daha sonra "Benifka"nı yenərək turnirin qalibi olmuşdu.
F QRUPU 
Olimpik (Marsel) - Arsenal
Napoli - Borussiya (Dortmund)
"Olimpik" və "Arsenal" iki mövsüm əvvəl Çempionlar Liqasında eyni qrupda yer almışdılar. Qrupu ilk iki pillədə başa vuran bu günkü rəqiblər 1/ finala çıxmışdı. İki komanda arasında İngilətərədə baş tutan oyun 0:0, Fransadakı qarşılaşma isə "Arsenal"ın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. Matçın yeganə qoluna indi də London klubunda çıxış edən Aaron Ramsey imza atmışdı.
"Napoli" və "Borussiya" Avropada ilk dəfə üz-üzə gələcək. Rafael Benitesin rəhbərlik etdiyi İtaliya klubu alman komnadalarına qarşı keçirdiyi son 7 matçda qələbəyə həsrət qalıb və 2 heç-heçə edərək 5 dəfə məğlub olub.
G QRUPU 
Austria - Portu
Atletiko - Zenit
"Portu" "Austria"nın ev oyunlarını keçirdiyi "Ernst-Happel" stadionunda 1986/87 mövsümündə Çempionlar Liqasının final oyununa çıxmış və "Bavariya"nı 2:1 hesabı ilə yenərək çempion olmuşdu. Həmin vaxt arena Prater stadionu adlanırdı.
"Zenit" düz bir mövsüm əvvəl İspaniyaya səfər etmiş və Çempionlar Liqasının qrup mərhələsində "Malaqa"ya 0:3 hesabı ilə yenilmişdi. "Atletiko" isə ötən mövsüm Avropa Liqasının 1/16 final mərhələsində yenilərək mübarizəni dayandırmışdı.
H QRUPU 
Milan - Seltik
Barselona - Ayaks
"Milan"ın yeni tansferi Alessandro Matri ötən mövsüm Çempionlar Liqasının 1/8 finalında "Yuventus"la "Seltik"ə qarşı oynayıb. Hər iki matçda ilk qolu vuran futbolçu iki matçın nəticəsinə görə qazanılan 5:0 hesablı qələbənin əsas memarlarından biri olmuşdu.
Əfsanəvi futbolçu Yohan Kruyff üçün çox önəmli olan "Ayaks" və "Barselona" daim Avropada çıxış etsələr də, indiyədək heç vaxt qarşı-qarşıya gəlməyiblər. "Ayaks" ötən mövsüm qrupda "Barselona"nın əzəli rəqibi "Real"a rəqib olub və hər iki oyunda 1:4 hesabı ilə yenilib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər