"Dinamo"nun futbolçusu "Arsenal"a qarşı oyuna dopinqli çıxıb.
Sport7.az xəbər verir ki, Arijan Ademidən götürülən dopinq testlərinin cavabı müsbət olub. UEFA Ademinin təkrar analiz verməsi haqda qərar verib. "B" testinin nəticələri bəlli olana qədər futbolçuya və onun klubuna bu haqda hər hansı açıqlama vermək rəsmən qadağan olunub. Qaydalara görə, "A" testindən müsbət nəticəylə çıxan futbolçu 2-ci dəfə yoxlamadan keçir. Onun dopinq qəbul etdiyi təsdiqlənərsə, futbolçu cəzalanacaq. İstənilən halda, oyunun nəticəsi dəyişməz qalacaq. Çünki bir dopinqli futbolçunun xidmətindən yararlanan kluba texniki məğlubiyyətin verilməsi mümkün deyil. Bunun üçün ən azı iki futbolçunun qanında qadağan olunmuş maddə tapılmalıdır.
Xatırladaq ki, həmin qarşılaşmada "Dinamo" "Arsenal"ı 2:1 hesabıyla məğlub etmişdi.
Fanat.az