Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Fanat.az xəbər verir ki, Avstriyada keçirilən "Zalsburq" - "Liepaya" matçında maraqlı anlar yaşanıb.
Belə ki, meydan sahiblərinin futbolçusu Andreas Ulmer oyuna başqa klubun forması ilə çıxıb. O, sözügedən qarşılaşmada Almaniya Bundesliqasına yeni vəsiqə qazanan "Leyptsiq"in formasından istifadə edib.
Məsələ burasındadı ki, hər iki komandanın loqosu oxşardı və bu iki komandanın sponsoru "Red Bull" şirkətidi. Belə bir vəziyyətin necə yarandığı isə böyük sual doğurur.
Qeyd edək ki, qarşılaşma Avstriya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Fanat.az