Çempionlar Liqasında rekord

Çempionlar Liqasında rekord
“Şaxtyor”un hücumçusu Luis Adriano Çempionlar Liqasının tarixində bir ilkə imza atıb. Fanat.az xəbər verir ki, braziliyalı futbolçu qitə miqyaslı ən mötəbər klub turnirinin III turunda BATE ilə görüşün ilk hissəsində poker edib.
 
Forvard 7:0 hesabı ilə Ukrayna təmsilçisinin xeyrinə başa çatan oyunun birinci yarısında 4 qol vuran (27-pen, 36, 40, 44) ilk futbolçu olub.
 
Bundan başqa, matçın 80-cı dəqiqəsində daha bir penaltidən fərqlənən Adriano həm “penta-trik”ə imza atıb, həm də “Barselona”nın hücumçusu Lionel Messinin 2012-ci ildə qırdığı rekoda şərik olub.
 
Həmçinin Luis Donetsk klubunun heyətində ən yaxşı bombardirlərin siyahısının ilk pilləsinə yüksəlib. 2007-ci ildən “Şaxtyor”da çıxış edən 27 yaşlı oyunçu vurduğu qolların sayını 116-ya çatdırb. O, Ukrayna klubunun sabiq futbolçusu Andrey Vorobeydən 2 top çox vurub.
“Şaxtyor” özü isə iki rekorda nail olub. 7:0 hesablı qələbə qazanan klub bununla da yarışın tarixi ərzində səfərdə qazanılan ən böyükhesablı qələbə rekordunu təkrarlayıb. Bunadək Fransa “Marsel”i belə nəticəyə imza atmışdı. Sonuncular Slovakiyada “Jilina”nın qapısına 7 cavabsız qol vurmuşdu. “Şaxtyor” həm də ilk 45 dəqiqədə 6 qol vuran ilk komanda kimi Çempionlar Liqasının tarixinə düşüb.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər