Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutan oyunların rəmzi komandası açıqlanıb. Fanat.az xəbər verir ki, UEFA ən yaxşı "11-lik"də yarımfinala çıxan 4 klubun üzvlərinə yer verib.
"Barselona"nı mübarizədən kənarlaşdıran "Atletiko" rəmzi komandada hamıdan çox futbolçu ilə təmsil olunub. "Volfsburq"u 3:0 hesabı ilə yenən "Real" və PSJ-ni mübarizədən kənarlaşdıran "Mançester Siti"nin 3 üzvü fərqlənib. "Benfika"dan üstün olan "Bavariya"nın isə 1 üzvü "11-liy"ə dühüb.
Qapıçı: Co Hart (Mançester Siti, İngiltərə).
Müdafiəçilər: Dani Karvajal (Real, İspaniya), Nikolas Otamendi (Mançester Siti, İngiltərə), Dieqo Qodin (Atletiko, İspaniya), Filipe Luis (Atletiko, İspaniya).
Yarımmüdafiəçilər: Kevin De Bruyne (Mançester Siti, İngiltərə), Kasemiro (Real, İspaniya), Arturo Vidal (Bavariya, Almaniya), Saul Niguz (Atletiko, İspaniya).
Hücumçular: Kriştiano Ronaldo (Real, İspaniya), Antoine Qriezmann (Atletiko, İspaniya).

Fanat.az