Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi

Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi

UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu, "Real Madrid"in hücumçusu Kərim Benzemadır.

Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi

Daha öncə Fransa millisinin Əlcəzair əsilli forvardı qitənin ən nüfuzlu klub turnirinin bombardiri ünvanına da sahib çıxmışdı. 12 oyunda 15 qol vuran Kərim bütün rəqiblərini qabaqlamışdı.

Xatırladaq ki, ÇL-in finalında "Liverpul"u 1:0 hesabı ilə üstələyən "Real" tarixində 14-cü dəfə yarışın baş mükafatını qazanıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər