Çempionlar Liqasında Madrid derbisi - PROQNOZ

Çempionlar Liqasında Madrid derbisi - PROQNOZ

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək. Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Günün oyununda "Real" "Atletiko"nu qəbul edəcək. "Santyaqo Bernabeu" stadionunda keçriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22.45-də start götürəcək. Görüşü ingilis FIFA referisi Martin Atkinson idarə edəcək.

Hər iki komanda meydana ciddi itkilərlə çıxacaq. "Real"da Pepe və Qaret Beyl zədəlidi. "Atletiko"da isə Migel Angel Moya, Xuanfran və Auqusto Fernandes zədədən əziyyət çəkir.

"Real" və "Atletiko" Çempionlar Liqasında ardıcıl 4-cü dəfə qarşılaşacaq. "Atletiko" bu duellərdə "Real"dan üstün ola bilməyib.

İki komanda turnirin yarımfinal mərhələsində sonuncu dəfə 1958/59 mövsümündə üz-üzə gəlib. Həmin vaxt "Real" rəqibini məğlub edib və sonradan kuboka sahib çıxıb.

"Atletiko" son 4 mövsümün üçündə turnirin yarımfinalına çıxıb. Bundan əvvəl onlar yarımfinal oynmamışdı.

"Real" Çempionlar Liqasında ardıcıl 7 mövsümdə yarımfinal oynayır. Bu turnir tarixinin ən uzun nəticəsidi.

Proqnozsevərlər üçün: "Real" "Atletiko"nu "Santyaqo Bernabeu"dakı son 6 matçda sadəcə 1 dəfə məğlub edə biliğb. "Kral Klubu" Çempionlar Liqasında keçirdiyi son 10 oyunda 2,5 üst oynsa da, "Atletiko" isə son 10 matçdan 6-sı 2,5 alt bitib. "Santyaqo Bernabeu"dakı son 4 dueldə də 2,5 alt variantı ilə yekunlaşıb. "Real" bu mövsüm evdə keçirdiyi 5 Çempionlar Liqasının matçının hamısında 2,5 üst variantı realaşıb.

"Atletiko"nun son 5 Çempionlar Liqası matçının 5-i 2,5 alt bitib. Bu mövsüm turnirdə 10 oyun keçirən Madrid təmsilçisi sadəcə 1 dəfə uduzub. 

Dieqo Simeone və yetirmələrinin bu matçda müdafiə futboluna üstünlük verərək cütün taleyini cavab qarşılaşmasına saxlamağa çalışacağını gözləmək olar. Amma "Real"ın hücum potensialını və meydan amilini də unutmaq olmaz. "Bavariya" ilə 1/4 finalın iki oyununda 5 qol vuran Kriştiano Ronaldonun uğurlu çıxışını davam etdirməsi gözləniləndi. 

Çempionlar Liqası

1/2 final

İlk oyun

2 mart

22.45 Real (İspaniya) - Atletiko (İspaniya)

Proqnoz: 1 (1.65), 1 üst (1.85).

Hakimlər: Martin Atkinson, Stepan Çild, Stüart Burt, Jak Kollin (İngiltərə).

Əlavə köməkçi hakimlər: Antoni Taylor, Mişael Oliver (İngiltərə).

"Santyaqo Bernabeu".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər