Çempionlar Lİqasının III təsnifat mərhələsi 3 görüşlə start götürüb. Fanat.az xəbər verir ki, bu qarşılaşmalarda meydana çıxan iki MDB məkanının təmsilçisi səfərdə minimal hesabla məğlub olub.
Həm "Şerif", həm də BATE "play-off"a yüksəlmək üçün şanslarını saxlayıb. Xüsusilə Moldova çempionunun III təsnifat mərhələsini uğurla başa vurmaq imkanları yüksək dəyərləndirilir.
Çexiyada baş tutan qarşılaşmada isə yenə də Lafat şou göstərib. II təsnifat mərhələsində 5 qola imza atan forvard, bu dəfə het-triklə yadda qalıb.
"Sparta" (Çexiya) - "Malmö" (İsveç) - 4:2
Qollar: Lafata, 22; 51; 70. Kovaç, 52 - Forsberq, 17. Kyese, 27.
"Slovan" (Slovakiya) - "Şerif" (Moldova) - 2:1
Qollar: Zofkak, 42 (P). Meszaros, 85 - Rikardinyo, 74.
"Debretsen" (Macarıstan) - BATE (Belarus) - 1:0
Qol: Sidibe, 56 (P).
Fanat.az